Ekspert: "Sosial media intihar fikirlərini yayır"
26.11.2019 17:00

Ekspert: "Sosial media intihar fikirlərini yayır"

"Son zamanlar gənclər arasında intihar hallarını araşdırmaqla məşğul olmuşam. Gənclər arasında intiharlar yoluxucudur" .

"Report" xəbər verir ki, bunu inklüzivlik uşaq və təhsil üzrə beynəlxalq ekspert Mişel Mur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İP-nın "İntiharların qarşısının alınması" mövzusunda "dəyirmi masa"da deyib.

O bildirib ki, sosial media intihar fikirlərini yayır və onu adiləşdirir: "Gənclər arasında intihar fikriləri çox təhlükəlidir. Biz bu məsələdən narahat olmayılıq. Çalışmalıyıq ki, bunun qarşısını alaq. Azərbaycanda bu məsələ ətrafında görülən iş - Milli Fəaliyyət Planının hazırlanması intiharların qarşısını almağa töhfə verəcək".

Mediapost.az

Xəbərlər departamenti

Gündəm