Ekspertdən sürücülərə müraciət: "Ciddi qəza şəraiti yarana bilər"
13.12.2019 11:33 Fikirlər

Ekspertdən sürücülərə müraciət: "Ciddi qəza şəraiti yarana bilər"

Yol-nəqliyyat eksperti Ərşad Hüseynov mövcud hava şəraiti ilə bağlı sürücülərə tövsiyə xarakterli müraciət edib.

Mediapost.az xəbər verir ki, mütəxəssis payız fəslində yağıntıların yağmasının nəqliyyatın hərəkətinə hansı problemlərin yol açacağından bəhs edib. O, bununla bağlı sürücülərə xəbərdarlıq edib və onlara baş verə biləcək qəzaların qarşısını necə almağın yollarını izah edib:

"Payızın sonu olduğundan belə yağışda ağacların yarpaqları da islanaraq kütləvi şəkildə yerə tökülür. Yaş asfaltın üsütündə çürüməyə hazır çoxlu yarpaqlar isə avtomobilinizin təkərlərinin asfaltla ilişməsini ciddi surətdə pisləşdirir. Ona görə istər şəhər küçələrində, istərsə də kənar yollarda yarpaq tökülən yerlərdən keçərkən hərəkət sürətinə diqqət edin, qəfil tormozlamaya və başqa sərt manevrlərə yol verməyin. Ciddi qəza şəraiti yarana bilər".

"Ümumiyyətlə, asfalt üzərindəki istənilən biokütlə (yerə tökülmüş meyvələr, yarpaqlar, mal-qara peyini, çoxlu sayda qurbağa və ya həşaratlar və s.) sürüşmə effekti verməklə təhlükəli ola bilər. Belə yerlərdən keçəndə diqqətli olun", - Ə.Hüseynov əlavə edib.

Xəbərlər departamenti

Gündəm