Ekvatorial Qvineyada partlayış qurbanlarının sayı 98-ə çatıb
09.03.2021 11:44 Dünya

Ekvatorial Qvineyada partlayış qurbanlarının sayı 98-ə çatıb

Ekvatorial Qvineyanın ən böyük şəhəri Batadakı hərbi bazada silsilə partlayışlar nəticəsində həlak olanların sayı 98 nəfərə çatıb.

"MediaPost" xəbər verir ki, bu barədə prezident köməkçisi Teodoro Nguema Obiang Mangue "Twitter" hesabında məlumat verib. Onun sözlərinə görə, 7 martda baş verən faciəvi hadisə nəticəsində yaralananların sayı 615-ə yüksəlib.

Ölkə Prezidentinin sözlərinə görə, faciəyə hərbçilərin səhlənkarlığı səbəb olub. 

Anara Mikail

Gündəm