"El-Klasiko" öncəsi "Real"da ciddi itki
05.12.2019 16:12 İdman

"El-Klasiko" öncəsi "Real"da ciddi itki

"Report" "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı belçikalı hücumçu zədə səbəbindən "El-Klasiko"nu buraxacaq. Oyunçunun sağalma müddəti daha sonra açıqlanacaq. Azar Çempionlar Liqasının qrup mərhələsinin V turunda Madriddə Fransa PSJ-si ilə görüşdə (2:2) xəsarət alıb.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək "Barselona" - "Real Madrid" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm