Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib - VİDEO
24.04.2020 15:52 Hərbi

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib - VİDEO

Bu barədə "MediaPost"a Müdafiə Nazirliyindən məlumat verilib.

Komanda-qərargah məşqində qərargah zabitlərinin vəzifə borclarını praktiki icra etməsinin, zabitlər arasında qarşılıqlı əvəzetmənin və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşmasının yoxlanılması məqsədi qarşıya qoyulub.

Müasir texniki vasitələr üzərindən sərəncamların çatdırılması, idarəetmənin müvəqqəti olaraq bir məntəqədən digərinə ötürülməsi və hərtərəfli təminatın təşkili üzrə qərargahların fəaliyyəti məşq etdirilib.


Xəbərlər departamenti

Gündəm