“Əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın”
10.11.2020 04:44 Siyasət

“Əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın”

“Bu gün tarixi gündür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur”.

“MediaPost” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciəti zamanı deyib.

O, üçtərəfli bəyanatla bağlı çıxış edərkən fikirlərini belə dilə gətirib:

“Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!

Əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın.

Digər önəmli məsələ Naxçıvanla kommunikasiyanın təsbit edilməsidir. Mənim təkidimlə bu bənd bəyanata salındı.

Bu günlərdə çoxmillətli və çoxkonfessiyalı Azərbaycan birlik nümayiş etdirdi.

Bu bəyanatda Dağlıq Qarabağın statusu məsələsi yoxdur.

Bu günlər göstərdi ki, milli məsələlərdə siyasi baxışlarından asılı olmayaraq biz hamımız birləşə bilirik. Bu, bizim gələcəyimiz üçün vacibdir.

Fəxr edirik Xalqımızla, Ordumuzla! Xalqımız bu günləri ən xoşbəxt günlər hesab edir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri xalqıma çatdırıram.

“Qarabağ Azərbaycandır!” ifadəsi Qələbəmizin Rəmzidir!”.

Xəbərlər şöbəsi

Gündəm