"Elektrik enerjisinin limitinin artırılması apreldəki bildirişlərə şamil olunmayacaq" - AÇIQLAMA
14.04.2020 11:32 Gündəm

"Elektrik enerjisinin limitinin artırılması apreldəki bildirişlərə şamil olunmayacaq" - AÇIQLAMA

"MediaPost"un məlumatına görə, bunu "Azərişıq" ASC-nin Texnoloji İnformasiya İdarəsinin rəisi Qalib Həmidov deyib.

O, ötən gün Baş nazirin elektrik enerjisinin limitinin artırılması ilə bağlı imzaladığı qərarı şərh edib:

"Aprel ayında abonentlərimizə təqdim etdiyimiz elektrik enerjisi borclarına görə limitlər aprel ayının əvvəlində 300 kilovat-saat olaraq hesablanıb. Çünki bu sərfiyyat mart ayının sərfiyyatı idi. Amma may ayında abonentlərə təqdim edəcəyimiz bildirişlər isə aprel ayının sərfiyyatı olacağına görə ,orada 400 kilovat-saat limit nəzərə alınacaq. Nazirlər Kabinetinin qərarında da göstərildiyi kimi bu qərar iki hesabat dövrünə şamil olunacaq, yəni bu da may və iyun ayında veriləcək bildirişlərə aiddir".

Xəbərlər departamenti

Gündəm