Elektrik qurğularının quraşdırılmasına dair qayda təsdiqləndi
11.02.2020 17:39 Daxili siyasət

Elektrik qurğularının quraşdırılmasına dair qayda təsdiqləndi

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərara əsasən, “Elektrik qurğularının quraşdırılması Qaydası” təsdiq edilib.

Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm