Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib
03.12.2019 13:26 Siyasət

Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib

Mediapost.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, bu vəzifəyə Ələsgər Ələsgərov təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Baş Nazirin Katibliyinin rəisi Ərəstu Həbibbəyli olub.

Ə.Ələsgərov isə bu təyinata qədər Baş Nazirin köməkçisi vəzifəsində çalışıb.

Xəbərlər departamenti

Gündəm