Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının namizədləri sırasında çoxlu gənclər var"
27.12.2019 16:55 Daxili siyasət

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının namizədləri sırasında çoxlu gənclər var"

“Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədlərini müəyyən etdi. Cəmiyyətin və siyasi partiyaların bizim namizədləri elan edəcəyimiz günü səbirsizliklə gözlədiklərini bilirdim. Bu ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında möhtəşəm siyasi gücdür. Hamı, bütün siyasi partiyalar, bizə rəqib olanlar da, bu fikrə düşməyi ağıllarına belə gətirməyən partiyalar da bu gücü etiraf edirlər”.

"MediaPost" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov öz rəsmi "Facebook" səhifəsində paylaşıb.

O qeyd edib ki, namizədlərin sırasında çoxlu gənclər var: “Bunu təbii qəbul etmək lazımdır. İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək, Prezident İlham Əliyevin islahatlar strategiyasına öz dəstəklərini növbəti dəfə göstərəcəklər.

Yeni Azərbaycan Partiyası olaraq həmişəki kimi maraqlı və gərgin seçki kampaniyası aparacağımıza əminəm. Partiyamıza və ayrı-ayrılıqda hər bir namizədimizə uğurlar arzulayıram”.

Xəbərlər departamenti

Gündəm