Əli Əsədov: "Azərbaycan bu çətin məqamda Türkiyənin yanındadır"
23.11.2022 17:40 Gündəm Siyasət

Əli Əsədov: "Azərbaycan bu çətin məqamda Türkiyənin yanındadır"

"Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır".

MediaPost xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 23-də Türkiyənin vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı bildirib.

Telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb.

Türkiyənin vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, noyabrın 23-də Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 68 nəfər yaralanıb.

news department

Gündəm