Əli Əsədov Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib
04.11.2020 17:10 Daxili siyasət

Əli Əsədov Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetindən "MediaPost"a verilən məlumata görə, Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.

Baş Nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Billurə Yunus

Gündəm