Əli Əsədovdan MDB ölkələrinə ÇAĞIRIŞ
06.11.2020 14:50 Siyasət

Əli Əsədovdan MDB ölkələrinə ÇAĞIRIŞ

“Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.

"MediaPost"un xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün MDB ölkələri hökumət başçılarının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

O, Azərbaycanın MDB ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib: "Azərbaycan MDB üzvü olan dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın inkişafında maraqlıdır. Lakin Birlik çərçivəsində hərtərəfli əməkdaşlıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkün deyil".

 

Baş nazir sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə də iclas iştirakçılarını məlumatlandırıb. Ə. Əsədov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə ballistik raket zərbələri endirməsi nəticəsində dinc sakinlərin həlak olduğunu qeyd edib.

“MDB ölkələrini Ermənistanın Azərbaycanın dinc vətəndaşlarına qarşı keçirdiyi hərbi fəaliyyəti qınamağa çağırıram”, - deyə Baş nazir vurğulayıb.

Xəbərlər departamenti

Gündəm