Əli Həsənovun ailəsinə aid 7 şirkət ləğv edilib
Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus 7 şirkət ləğv edilib.
“MediaPost” xəbər verir ki, söhbət “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisement”, "Kaspi Food” şirkətlərindən və “Kaspi Co” MTK-dan gedir.
Qeyd edək ki, “Mətbuat Evi”, “Bakı 24”, “Global Advertisement”, "Kaspi Food” şirkətinin qanuni təmsilçisi Əli Həsənovun oğlu Şamxal Həsənlidir. “Kaspi AZ”, “Golden Prince” şirkətləri və “Kaspi Co” MTK-ya isə onun yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 ünvanına bildirə bilərlər.