Elif Şafak Azərbaycanda boykot edildi
14.10.2020 10:13 Mədəniyyət

Elif Şafak Azərbaycanda boykot edildi

Türkiyəli məşhur yazar Elif Şafak Azərbaycanda boykot edilib.

“MediaPost” xəbər verir ki, buna səbəb onun 1,6 milyonluq “Twitter” hesabındakı paylaşımı olub.

E.Şafak erməni musiqiçisinin Şuşada dağıdılan kilsədəki görüntüləri paylaşaraq bunları yazıb:

“Bu paylaşım sülhə inanan və onu müdafiə etməkdən əl çəkməyən hər kəs üçündür”.

Yazarın bu sözləri sosial media istifadəçilərinin tənqidinə səbəb olub. Azərbaycanlı yazıçılar da Şafaka etirazını bildirib.

Yazar Qismət Rüstəmov fikirlərini belə ifadə edib:

“Elif Şafak görkəmli ortababdır, bir neçə il qabaq dalbadal 6 kitabını oxudum, sonra tulladım getdi. Mövlanə qərbdə dəbə minməsə, Elif Şafak üçün o, eləcə şərqli bir qocaydı. Son illər isə feminizm, LGTB temaları yüksəlişdədir deyə bu mövzunu istismar edir, ilin əvvəlində biseksual olduğunu açıqladı. Bir də gördüz ilin axırına “Paşinyan və daban” adlı roman yazdı”.

E.Şafakın bu addımına Azərbaycandakı məşhur kitab mağazaları da münasibət bildirib. Onlar sosial media hesablarında Elif Şafakın kitablarının satışının dayandırıldığını açıqlayıb.

Pərviz Hüseyn

Gündəm