Elman Rüstəmov: "Neft Fondunun 140 mln dollarlıq ehtiyatı yaranıb"
30.04.2021 12:25 Maliyyə

Elman Rüstəmov: "Neft Fondunun 140 mln dollarlıq ehtiyatı yaranıb"

“Valyuta bazarında hai-hazırda tarazlıq hökm sürür. Sadəcə yanvar ayında həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbin artmasını müşahidə etdik”.

"MediaPost" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov təmsil etdiyi qurumun bazardan valyuta alıb-satmadığını qeyd edib:

“Amma sonradan sabitlik bərpa olundu. İndi 140 milyon ABŞ dollarına qədər Azərbaycan Dövlət Neft Fondunun satışlarında qənaət var. AMB hazırda bazardan valyuta almır”.

Xəbərlər departamenti

Gündəm