Elmar Məmmədyarovla Xorvatiyanın Xarici İşlər naziri arasında telefon danışığı olub
24.04.2020 21:26 Xarici siyasət

Elmar Məmmədyarovla Xorvatiyanın Xarici İşlər naziri arasında telefon danışığı olub

Xarici İşlər Nazirliyindən "MediaPost"a verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin perspektivlərini müzakirə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlər də daxil olmaqla ikitərəfli siyasi əlaqələrdən məmnunluq ifadə ediblər. Eyni zamanda, iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləri, Şərq Tərəfdaşlığında iştirak, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Hazırkı qlobal vəziyyətə toxunan Nazirlər, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və qarşılıqlı dəstək məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Sonda Elmar Məmmədyarov Xorvatiyalı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət etdi və nazir Qordan Qrliç Radman dəvəti məmnunluqla qəbul etdi. Səfərin vaxtı ümumdünya sağlamlıq böhranı bitdikdən sonra diplomatik kanallar vasitəsilə müəyyən olunacaq.

Xəbərlər departamenti

Gündəm