Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib
27.04.2021 00:50 Mədəniyyət

Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib

Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib.

Bu barədə "MediaPost"a şair Vüqar Əhməd məlumat verib.

O, B.Əşrəfovun bir saat əvvəl vəfat etdiyini deyib: "Təcili yardım gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sabah səhər Masallıya aparılacaq, orada anasının yanında dəfn olunacaq".

Qeyd edək ki, 70 yaşlı müğənni koronavirusa (COVID-19) yoluxmuşdu, ev şəraitində müalicə alırdı.

Xəbərlər departamenti

Gündəm