Əməkdaşlarımız tezliklə Qarabağı minalardan təmizləyəcək - Akar
07.04.2021 19:14 Qarabağ Azərbaycandır

Əməkdaşlarımız tezliklə Qarabağı minalardan təmizləyəcək - Akar

“Biz bütün gücümüzlə minatəmizləyənləri Azərbaycana göndərmişik. İşğaldan azad edilmiş ərazilər mütləq minalardan təmizlənməlidir. Minatəmizləyənlərimiz var gücü ilə çalışırlar”.

"MediaPost" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“İnşallah, əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyib orada həyatın normallaşmasına ən böyük töhfəni verəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb.  

Xəbərlər şöbəsi

Gündəm