Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib
07.02.2023 08:54 Xarici siyasət

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.

MediaPost xəbər verir ki, Əminə Ərdoğan bu barədə tviter hesabında yazıb.

“Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”, - Türkiyənin birinci xanımı sosial şəbəkə hesabında yazıb.

Xəbərlər departamenti

Gündəm