Ən bahalı internetə malik ölkələr məlum olub
21.11.2023 14:25 Dünya

Ən bahalı internetə malik ölkələr məlum olub

Artan inflyasiya və valyuta məzənnələri səbəbindən bir çox internet provayderi xidmətlərinin qiymətlərini artırıb. Demək olar ki, cari il ərzində artım etməmiş provayder yoxdur. Bəs, dünyada aylıq ödəniş əsasında ən bahalı internet hansı ölkələrdədir? 

MediaPost xəbər verir ki, "Picodi Türkiyə" tərəfindən paylaşılan siyahı 100 Mbps sürət üçün provayderlərin tələb etdiyi abunə haqqına uyğun olaraq hazırlanmışdır. Bununla belə, müqayisə provayderlərin rəsmi internet saytındakı qiymətlərin orta göstəricisi əsasında aparılıb. 

Reytinqdə birinci yeri Norveç tutur. Ölkədə fəaliyyət göstərən provayderlər 100 Mbit/s sürət üçün ayda orta hesabla 75,1 Avroya xidmət göstərirlər. İkinci yerdə 58,8 avro ilə İslandiya, üçüncü yerdə isə 53,8 avro ilə Avstraliya gəlir.

ABŞ-da fəaliyyət göstərən provayder haqqının 47,3 Avro olduğunu görürük. Böyük Britaniyada bu rüsum 43,8 Avro təşkil edir. Türkiyədə 100 Mbps sürət üçün orta aylıq ödəniş 12,7 Avro təşkil edərək, reytinqin sonuncu pilləsində qərarlaşıb və ən ucuz internetdən istifadə edən ölkələr sırasındadır. Bunun səbəbi Avro vahidinə əsaslanmasıdır.

Leyla Rüstəmova

Xəbərlər departamenti

Gündəm