Ən çox məhsul satdığımız ölkələrin adları açıqlanıb
28.02.2020 12:12 İqtisadiyyat

Ən çox məhsul satdığımız ölkələrin adları açıqlanıb

"MediaPost" 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ildə Rusiyaya qeyri-neft ixracı 4 faiz, Türkiyəyə 31 faiz, İsveçrəyə 73 faiz və Çinə 2,1 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (23,5 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6 faiz) və Çinə (4,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Həmçinin 2020-ci il ərzində xurma, pambıq lifi (daranmaya məruz qalmamış), elektrik enerjisi, ilkin formalı polipropilen, xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilendə qeyri-neft ixracında önə çıxıb. Ümumiyyətlə, 2020-ci ilin yanvar ayında meyvə-tərəvəz ixracı 42 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 15,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, pambıq lifi ixracı 10,7 milyon, kimya sənayesi məhsullarının ixracı 9 milyon, elektrik enerjisinin ixracı 7,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,7 milyon, pambıq ipliyi ixracı 2,9 milyon ABŞ dolları təşkil edib.

2019-cu illə müqayisədə 2020-ci ilin yanvar ayında pambıq ipliyinin ixracı 3.4 dəfə, kimya sənayesi məhsullarının ixracı 34 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 33 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 30 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 16 faiz artıb.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2020-ci ilin yanvar ayı üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

Xəbərlər departamenti

Gündəm