Ən çox qar bu rayona yağdı
Bu gün Azərbaycanda bu qışın ən soyuq günüdür.
Milli Hidrometeorologiya Xidmətindən "MediaPost"a verilən məlumata görə, hazırda Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.
Sosial şəbəkə istifadçiləri Bakıda yaşadıqları ərazilərdən qarın yağmasını əks etdirən görüntülər paylaşıb. Paylaşılan görüntülərdən məlum olur ki, ən çox qar paytaxtın Yasamal rayonu ərazisində, daha çox Yeni Yasamala, Badamdar qəsəbəsinə yağıb.