Ən mühüm neft şirkətlərindən birinin dəyərində kəskin düşüş
06.02.2020 11:48 Xarici siyasət

Ən mühüm neft şirkətlərindən birinin dəyərində kəskin düşüş

“Report” TASS-a istinadən xəbər verir ki, ötən il dekabrın əvvəllərində “Aramco”dakı İPO-dan sonra həmin ayın ortalarında keçirilən hərracda şirkətin səhmləri 38,7 rialdan satılıb, yəni şirkətin dəyəri 2 trilyon ABŞ dollarına yaxın olub. Hazırkı hərracın nəticələri isə şirkətin 1,78 trilyon ABŞ dollarınadək azaldığını göstərir.

Qeyd edək ki, “Aramco”nun səhmləri bu il yanvar ayının ortalarından etibarən davamlı olaraq ucuzlaşır. Bunun əvvəlki səbəbi Yaxın Şərqdəki gərginliyin artması, sonra isə Çində koronavirusun yayılması üzündən neft bazarında tələbatın zəifləməsi olub.

Məsələni şərh edən “Fitch” agentliyinin nümayəndəsi Dmitriy Marinçenko bildirib ki, koronavirus “Aramco”ya ikiqat zərbə oldu: "Burada neftin ucuzlaşmasından başqa, həm də OPEC+ çərçivəsində hasilatın azalacağı da özünü göstərir. Bu azalmada əsas pay sahibi yenə də Səudiyyə Ərəbistranı olacaq”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm