Çindəki tələbələrimiz: "Bura çox risklidir, bizə kömək lazımdır" - VİDEO (EKSKLÜZİV)

  • 8 fevral, 2020 19:04
Çindəki tələbələrimiz:

Çində təhsil alan azərbaycanlılar bu ölkədə tibbi preparatların çatışmaması ilə bağlı saytımıza müraciət edib.

Tələbələrin “MediaPost”a verdiyi məlumata görə, ölkədə tibbi spirt və maskanın olmaması onlarda narahatlıq yaradıb.

Çində təhsil alan həmyerlilərimiz saytımız vasitəsilə müraciət yayaraq Azərbaycandan tibbi preparatlarla bağlı yardım gözlədiklərini bildiriblər.

Onlar Çində müxtəlif şirkətlər tərəfindən satılan tibbi maskaların 1 ədədinin Azərbaycan valyutası ilə 10 manata bərabər olduğunu söyləyiblər:

"600-700 manat təqaüd alırıq. Tibbi maskanın bir ədədinin qiyməti isə 10 manatdır. Bir neçə saat istifadə etdikdən sonra atmaq lazımdır. Üstəlik, tək-tək satmırlar. Ən azı 50-si bir yerdə paketlər şəklində satılır ki, onu da bu qiymətə almaq mümkün deyil".


Oxu: Çində oxuyan tələbələrin müraciətinə XİN-dən cavab


Çinin Hefey şəhərində yerləşən universitetdə ( University of Science and Technology of China ) magistr üzrə təhsil alan və hazırda Bakıda olan Ülkər Eldarqızı Çinin müxtəlif vilayətlərində yaşayan həmyerlilərimizin öz aralarında "Azerbaijani-Chinese Youth Union" adlı birlik qurduqlarını və hər vilayət üzrə tibbi preparatlara ehtiyacı olan azərbaycanlı tələbələrin siyahısını hazırladıqlarını deyib.

Çindəki tələbələrimiz: Bura çox risklidir, bizə kömək lazımdır

Hefey şəhərində yerləşən Anhui Universitetində təhsil alan azərbaycanlı tələbə Əli Əlizadə də saytımıza açıqlamasında əsas çətinliklərinin tibbi ləvazimatlarla bağlı olduğunu deyib:

"Universitetin yataqxanasında qalıram. Buradan cəmi 5 tələbənin universitet xaricinə çıxmasına icazə verilir. Onlar da giriş və çıxışda yoxlamalar da virus daşıyıcısı olmaları ehtimalına görə kənardan nə isə sifariş etmirik. Universitet bizə 5-6 maska paylasa da, onlardan artıq istifadə etmişəm. Virusdan qorunmaq üçün tibbi maska və digər tibbi ləvazimatlarla ehtiyac var. Yataqxanadan 400 metr məsafədə yerləşən binada koronavirusa yoluxan olduğu üçün risk mövcuddur".

Onu da qeyd edək ki, hazırda Çinin Hefei şəhərində azərbaycanlı tələbələrin olduğu binada koronavirusa yoluxmuş şəxs aşkarlanıb və bu səbəbdən bina karantinə alınıb. Bundan əlavə, yaşayış binasının qarşısında virus barədə məlumat daxil olduğu təqdirdə dərhal yoxlanış aparılması məqsədilə səyyar tibbi məntəqə yerləşdirilib.