Uhandan təxliyə edilən azərbaycanlılar barədə yeni xəbər - XİN-dən açıqlama

  • 14 fevral, 2020 12:25
Uhandan təxliyə edilən azərbaycanlılar barədə yeni xəbər - XİN-dən açıqlama

"Onlar karantin müddəti bitən kimi Azərbaycana gətiriləcəklər”.

Uhandan Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması üçün artıq biletləri alınıb.

Bunu “MediaPost”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib. XİN sözçüsü onların karantin müddətinin fevralın 15-də başa çatacağını söyləyib:

“Çinin Uhan şəhərindən Türkiyənin təxliyə etdiyi Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması ilə bağlı müvafiq tədbirlər görülüb. Onların biletləri hökumət tərəfindən alınıb və karantin müddəti bitən kimi Azərbaycana gətiriləcəklər”.

Xatırladaq ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus ambulans təyyarəsi Çinin Uhan şəhərindən 6-sı Azərbaycan vətəndaşı olmaqlı ümumilikdə 42 nəfəri təxliyə edib. Təxliyə edilən şəxslər təhlükəsizlik məqsədilə 14 günlük karantin altına alınıb.