Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
09.02.2020 08:25 Daxili siyasət

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

“Report”un xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçici fəallığı 21,03 faiz ( 37 min 970 seçicidən 8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsindən 21,03 faiz (46 min 225 seçicidən 9864 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2 % (30 min 534 seçicidən 352 nəfər) olub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm