Ərdoğan ABŞ-a meydan oxudu
16.12.2019 07:35 Xarici siyasət

Ərdoğan ABŞ-a meydan oxudu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin "erməni soyqırımı" ilə bağlı qərarına münasibət bildirib.

Mediapost.az xəbər veri ki, dövlət başçısı mətbuata açıqlamasında NATO-nun hərbi bazalarını bağlayacaqları barədə Amerikaya xəbərdalıq edib.

"Lazım olarsa, İncirlik və Kürəcik aviabazalarını bağlayarıq. Bunlar belə edərlərsə, bizim də əlimiz boş qalası deyil. Əgər Türkiyəyı yönəlik sanksiyalar tətbiq edilərsə, bunun qarşılığında lazım olan cavabı verərik. ABŞ-ın müsanibətlərimizdə təmiri mümkün olmayan addımlar atmaması hər iki tərəf üçün önəmlidir. Türkiyə qəbilə dövləti deyil. 2 min ildən artıq tarixi olan dövlətə bunu rəva görmək qarşılıqsız qalmayacaq. Bunu oturub düşünməlidirlər" - Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin açıqlaması dünya mətbuatında gündəm mövzularından birinə çevrilib.

Xəbərlər departamenti

Gündəm