Ərdoğan açıqladı - Türkiyə yalnız bu halda Suriyadan çıxacaq
29.02.2020 10:53 Dünya

Ərdoğan açıqladı - Türkiyə yalnız bu halda Suriyadan çıxacaq

“MediaPost” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Türkiyənin Suriyadan yalnız bir halda çıxacağını bildirib:

“Suriya məsələsi Türkiyə üçün macəra deyil. Ölkəmizin Suriyada apardığı mübarizənin mənasını hələ də başa düşməyənlərin olduğunu görürük. Bizə deyirlər ki, sizin orada nə işiniz var? Dedim ki, üzrlü sayın, biz ora Əsədin (Suriya prezidenti Bəşər Əsəd) yox, Suriya xalqının dəvəti ilə getmişik. Suriya xalqı “bu iş bitdi” demədən oradan çıxmaq niyyətimiz yoxdur”.

Xatırladaq ki, ötən gün Suriya hökuməti İdlibdəki türk əsgərlərinə qarşı hava hücumu təşkil edib. Hadisə nəticəsində 34 türk əsgəri ölüb, 36-sı isə yaralanıb.

Xəbərlər departamenti

Gündəm