Ərdoğan Avropa Komissiyasının yeni rəhbəri ilə telefon danışığı edib
02.12.2019 07:10 Siyasət

Ərdoğan Avropa Komissiyasının yeni rəhbəri ilə telefon danışığı edib

Trend-in məlumatına görə, telefon danışığı Avropa Komissiyasının rəhbərinin təşəbbüsü ilə keçirilib.

Telefon danışığı zamanı Türkiyənin Avropa İttifaqına daxil olması prosesi, tərəflər arasında 18 mart 2016-cı ildə Türkiyədəki suriyalı qaçqınların dəstəklənməsi ilə bağlı əldə olunmuş razılaşma müzakirə olunub.

Tərəflər Suriyanın şimalında Türkiyənin yaratdığı təhlükəsiz bölgəyə suriyalıların könüllü şəkildə qayıtmasını da müzakirə ediblər.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm