Ərdoğan: "Azərbaycan Ordusu öz gücü ilə bu qələbəyə nail olub"
08.11.2020 15:40 Qarabağ Azərbaycandır

Ərdoğan: "Azərbaycan Ordusu öz gücü ilə bu qələbəyə nail olub"

“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm”.

"MediaPost"un xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib.

R.T.Ərdoğan bildirib ki, 30 ildir, ATƏT-in Minsk qrupu tərəfindən aldadılan Azərbaycan Ordusu öz gücü ilə nəhayət bu qələbəyə nail olub: “Azərbaycanlı qardaşlarım adətən danışıqlar masasında səbir etdi və qələbəyə nail oldu. Türkiyə hər zaman qeydsiz-şərtsiz  azərbaycanlı qardaşlarının yanında oldu. Ermənistanın hücumlarının başlatdığı münaqişənin ardından addım-addım torpaqlarını işğaldan qurtaran Azərbaycan Qarabağı müstəqilliyinə qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Bir daha qardaşım İlham Əliyev başda olmaq üzrə bütün Azərbaycan xalqını şəxsim, ailəm, millətim adına təbrik edirəm”.

Xəbərlər şöbəsi

Gündəm