Ərdoğan bu gün Türkiyə üçün qərarlar açıqlayacaq
27.04.2020 09:32 Dünya

Ərdoğan bu gün Türkiyə üçün qərarlar açıqlayacaq

5-ci dəfə təkrarlanacaq videokonfransda karatin müddətinin yumşaldılacağı gözlənilir.

"MediaPost" xəbər verir ki, konfransın gündəliyində ölkə üçün əhəmiyyətli bir sıra mövzular yer alacaq.

Həmin mövzulardan biri qarşıdan gələn milli bayramların qeyd olunması yolları ilə bağlıdır. Bu bayramların da əvvəlkilər kimi sosial izolyasiya qaydalarına uyğun təşkil olunması nəzərdə tutulub.

İnsanları ən çox maraqlandıran suallardan biri məktəblərin nə zaman fəaliyyətə başlaması ilə əlaqədardır. Keçiriləcək konfransda bu mövzunun da müzakirə olunacağı ehtimal edilir.

Konfransın gündəliyində yer alacaq digər mövzulardan biri Liviya və İdliblə bağlıdır. Həmin ərazilərdə yaşanan son hadisələrin gözdən keçirilməsi, bununla bağlı diplomatlarla müzakirələrin aparılması nəzərdə tutulub.


Xəbərlər departamenti

Gündəm