Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd olunacaq
14.01.2021 18:32 Gündəm Dünya

Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd olunacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunacaq.

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib.

Ö. Çelik qeyd edib ki, bu gün AKP-nin növbəti iclası başa çatdıqdan sonra Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd olunacaq.

Xəbərlər departamenti

Gündəm