Ərdoğan COVID-19-a qarşı peyvənd edildi - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.
"MediaPost" "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, peyvəndləmə prosesi Ankara Şəhər Xəstəxanasında baş tutub.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. İkinci peyvənd 28 gün sonra vurulacaq.