Ərdoğan: "Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub"
06.11.2019 13:19 Siyasət

Ərdoğan: "Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub"

Terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub.

"Report" "Sabah"a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"İlk dəfədir deyirəm ki, Əbubəkr əl-Bağdadinin xanımını tutmuşuq", o vurğulayıb.

Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm