Ərdoğan koronavirusla bağlı açıqlama verib
25.02.2020 10:21 Xarici siyasət

Ərdoğan koronavirusla bağlı açıqlama verib

Dünyanın gündəmində olan əsas mövzulardan olan koronavirusla bağlı Türkiyə prezidenti də fikirlərini bölüşüb.

"MediaPost" xəbər verir ki, Ərdoğan İran da daxil olmaqla bir neçə Ərəb ölkəsində yayılan virusa qarşı ciddi tədbirlər görüldüyünü qeyd edib:

"Sağlıqla bağlı məsələni bir kənara qoya bilmərik. Xüsusilə İranla bağlı ciddi addımlar atdıq. Buradan ölkəmizə çoxlu turist axının olduğunu nəzərə alsaq, ölkəmiz üçün təhlükəli vəziyyət yarana bilər. Qoşu ölkə olsa da, bu mövzuda həssaslıq göstərməliyik. Bizim üçün İtaliya, İraq fərq etmir. Haradan ölkəmizə təhdid gəlirsə, ora ilə bağlı addım atmalıyıq".

Xəbərlər departamenti

Gündəm