Ərdoğan: "Məqsədimiz gərginliyi azaltmaqdır"
08.01.2020 16:22 Xarici siyasət

Ərdoğan: "Məqsədimiz gərginliyi azaltmaqdır"

"MediaPost" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türk axını” qaz kəmərinin açılış mərasimində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşüb. O, çıxışı zamanı ABŞ-İran gərgiliyindən söhbət açarkən bildirib ki, bununla bağlı Rusiya, həmçinin ölkə başçısı V.Putinlə məsləhətləşmələr aparacaqlar: "Bu çətin dönəmi geridə qoyacağımıza inanıram".

"ABŞ və İran arasındakı gərginliyin artmasından və İraqdakı mənfi nəticələrdən çox narahatıq. Müttəfiqimiz ABŞ-la qonşumuz İran arasında bir müddətdir davam edən gərginlik arzu etmədiyimiz mərhələyə çatıb. Məqsədimiz gərginliyi azaltmaqdır", - Türkiyə prezidenti bildirib.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm