Ərdoğan Putinlə Qarabağdan danışdı
08.11.2020 00:17 Qarabağ Azərbaycandır

Ərdoğan Putinlə Qarabağdan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

"MediaPost" bildirir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb. Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

Ərdoğan Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, Azərbaycanın əks-hücum əməliyyatı öz torpaqları çərçivəsində  həyata keçirilir.

Ərdoğan vurğulayıb ki, Ermənistan administrasiyasını sağlam düşüncə ilə danışıqlar masasına əyləşməyə inandırmaq lazımdır. Türkiyə liderinin sözlərinə görə, bu, münaqişəyə qəti qərarla son qoymaq və regionda vəziyyəti sabitləşdirmək üçün son dərəcə əhəmiyyətlidir.

Xəbərlər şöbəsi

Gündəm