Ərdoğan Türkiyədə xaos yaratmaq istəyənlərə xəbərdarlıq etdi
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan dağıdıcı zəlzələnin nəticələrindən sui-sitidaə edərək, ölkədə xaos yaratmağa çalışanlara xəbərdarlıq mesajı ünvanlayıb.
MediaPost Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, prokurorlar qeyri-insani üsullarla ictimai xaos yaratmağa cəhd edənləri müəyyənləşdiri və lazımi tədbirlər görür.
“Yalan xəbərlərlə, təhriflərlə xalqımızı bir-birinə qarşı qoymaq niyyətində olanları izləyirik. Müzakirə günü deyil, vaxt gələndə saxladığımız dəftəri açacağıq”.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3549 nəfərə, yaralananların sayı 22 min 168 nəfərə çatıb.
Dövlət başçısı Ərdoğan bildirib ki, zəlzələnin təsirinə məruz qalmış 10 vilayətdə üç aylıq fövqəladə vəziyyət rejimi elan olunub. Axtarış-xilasetmə işlərinə 53 min 317 xilasedici, polis əməkdaşı və hərbçi, 1000-ə yaxın təcili yardım maşını, 5 min tibb işçisi cəlb edilib. Zəlzələ bölgəsində dərslərə fevralın 20-dək ara verilib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.