Ərdoğan Türkiyənin Liviyaya qoşun göndərəcəyini bildirib
26.12.2019 14:06 Xarici siyasət

Ərdoğan Türkiyənin Liviyaya qoşun göndərəcəyini bildirib

"MediaPost" “Reuters”a istinadən xəbər verir ki, Ərdoğan Liviyaya bu ölkənin xahişi ilə qoşun göndərəcəyini və yanvarda Şimali Afrika ölkəsinə silahlı qüvvələrin yerləşdirilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edəcəyini söyləyib. Onun sözlərinə görə, qanunvericilik aktı yanvarın 8-9-da qəbul ediləcək.

Xatırladaq ki, rəsmi Ankara bir ay əvvəl Liviya ilə hərbi əməkdaşlıqla bağlı iki ayrı saziş də imzalayıb.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm