Ərdoğan: "Xocalı qətliamını təkrar lənətləyirəm"
26.02.2020 13:28 Dünya

Ərdoğan: "Xocalı qətliamını təkrar lənətləyirəm"

“MediaPost” Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu səfərimizdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasını keçirdik. Ümumilikdə 14 razılaşma imzaladıq. Bu razılaşmalar çərçivəsində 2019-cu ildə ticarətimiz 4.5 milyard dollara çatıb. 2023-cü il hədəfimiz 15 milyard dollardır”, - prezident bildirib.

R.T.Ərdoğan Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində güclü əməkdaşlıq olduğunu bildirib:

“Regional məsələlərdə Azərbaycanla tam şəkildə həmrəyik. Azərbaycanla erməni iddiaları, islam düşmənçiliyi, irqçilik və ayrı-seçkiliklə mübarizə məsələlərində birlikdə çalışırıq”.

Türkiyə prezidenti Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduqlarını söyləyib:

“İşğal altındakı torpaqlar artıq azad edilməli və bölgəyə sülh, sabitlik gəlməlidir. Məlum Minsk prosesi 25 ildir davam edir. Bu səsvermə taktikası ilə nə ABŞ, nə də Rusiya bu işi həll edib. Minsk üçlüyü tərəfindən bu vaxta qədər aparılan ikili görüşlərdə təəssüf ki, heç bir nəticə əldə olunmayıb”.

Ərdoğan Xocalı faciəsindən də danışıb: “Xocalı qətliamını təkrar lənətləyirəm. 1992-ci ildə yaşanan bu acınacaqlı hadisədə məlum olduğu kimi 613 qardaşımız şəhid edilmişdi. Hamısına Allahdan rəhmət diləyirəm”.

Xatırladaq ki, Türkiyə prezidenti ötən gün Azərbaycanda rəsmi səfərdə olub.

Xəbərlər departamenti

Gündəm