Ərdoğandan atəşkəs razılaşmasını imzalamayan Haftarı sərt tənqid edib
14.01.2020 13:50 Xarici siyasət

Ərdoğandan atəşkəs razılaşmasını imzalamayan Haftarı sərt tənqid edib

"MediaPost" xəbər verir ki, Liviyanın Türkiyəyə yad ölkə olmadığını dilə gətirən Ərdoğan "Liviyada Haftara qarşı olan ərəb qardaşlarımız da var. Onlar Haftarın mənfur niyyətinə şərik olmurlar. Buna görə də, Haftar onları yox etmək istəyir. Eyni zamanda onun etnik təmizlik siyasətinə qatdığı Osmanlı kökənli Koroğlu türkləri də var", deyə bildirib.

Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftarın atəşkəs razılığını imzalamadan masadan qalxmasını tənqid edən Ərdoğan "onun ortaya qoyduğu şərtlər əsl üzünü göstərir. Daha əvvəlki razılaşmalarda da əsl üzünü göstərdiyi üçün bu gün atəşkəs razılaşmasını imzalamamasını normal qarşılayırıq. Ancaq bu gün vəziyyət başqadır, işin içində Türkiyə də var", deyə əlavə edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da Haftarın bu addımına münasibət bildirərək söyləyb ki, yaranmış vəziyyət kimin müharibə, kimin sülh istədiyini göstərir.

Yaxın Şərqdə yayımlanan bir televiziya kanalına danışan Haftarın nümayəndə heyyətinə daxil olan üzvlərindən biri bildirib ki, Xəlifə müqavilənin şərtlərini incələyib, lakin onun əleyhinə maddələr çox olduğu üçün imzalamaqdan imtina edb.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri ayrı-ayrılıqda Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs sazişinin imzalanması ilə bağlı danışıqlar aparıblar.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac atəşkəslə bağlı sənədi imzalayıb. Lakin, Haftar sabaha kimi vaxt istəyib.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsi və qətlindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir.

Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla əməkdaşlıq edir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm