Ərdoğandan Rusiyaya mesaj: "Qarşımızdan çəkilin"
03.02.2020 12:57 Xarici siyasət

Ərdoğandan Rusiyaya mesaj: "Qarşımızdan çəkilin"

"MediaPost" xəbər verir ki, hücumdan bir neçə saat sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı hədəf alaraq sərt cavab verib.

Türkiyə lideri çıxışında Rusiyaya xitabən "siz bu mövzuda danışacağımız dövlət deyilsiniz, qarşımızdan çəkilin", - deyə səslənib.

Xatırladaq ki, bu gün Suriyanın İdlib bölgəsində Suriya hökumətinin silahlı qüvvələri türk əsgərlərə hücum təşkil edib. Son məlumata görə, nəticədə 7 əsgər yaralanıb, 6-sı həlak olub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm