Ərdoğandan "koronavirus nə vaxt bitəcək" sualına nikbin cavab
20.04.2020 12:30 Dünya

Ərdoğandan "koronavirus nə vaxt bitəcək" sualına nikbin cavab

“MediaPost”xəbər verir ki, Ərdoğan bu barədə “Sabah” qəzetinin əməkdaşı Şəbnəm Bursalı ilə söhbətində deyib. O, bu həftə və növbəti həftə ərzində tətbiq olunacaq küçəyə çıxmaq qadağasının virusla mübarizədə təsirli olacağını söyləyib.

Türkiyə prezidenti Ş.Bursalı epidemiyanın nə vaxt bitəcəyi ilə bağlı sualına elmi və ekspertlərin qiymətləndirmələrinə əsasən cavab verib:

“Ramazan Bayramında (24 may) bütün millət olaraq qoşa bayram keçirəcəyimizə ümid edirik inşallah”, - deyə o söyləyib.

Xatırladaq ki, Türkiyədə bu vaxta qədər 86 306 nəfər koronavirus yoluxub, 2 017 nəfər epidemiyadan ölüb. Onu da qeyd edək ki, Türkiyə koronavirus yoluxmalarının sayına görə 7-ci yerdədir.

Xəbərlər departamenti

Gündəm