Ərdoğan sərt danışdı: “Bu, son xəbərdarlıqdır”
19.02.2020 11:56 Xarici siyasət

Ərdoğan sərt danışdı: “Bu, son xəbərdarlıqdır”

"MediaPost"un xəbərinə görə, o bildirib ki, təkcə sərhədlərin təhlükəsizliyi deyil, həm də 83 milyon əhalinin rahat yaşamını təmin etmək üçün Suriya sərhədində mübarizəni davam etdirəcəklər.

"Sərhəd bölgələrimizə olan hücumların qarşısını ən sərt şəkildə alırıq. Əgər bu İdlib məsləsinə daxil olan digər ölkələr Türkiyənin təhlükəsizliyi ilə bağlı problemlərin həlli ilə maraqlanmazsa, biz öz yollarımızla həll edəcəyik", – deyə Ərdoğan bildirib.

Türkiyə lideri söyləyib ki, indiyədək olan görüşlərin heç birində müsbət nəticə əldə edə bilməyiblər:

"Artıq son xəbərdarlığımızı edirik. Görüşlər davam edirmiş kimi görünsə də, bizim istəklərimizin xaricində qərarlar qəbul olunur. Hər zaman olduğu kimi bu dəfə də bir gecə xəbərsiz gələ bilərik deyirik. Daha açıq ifadə etsəm, İdlib hərəkatı artıq an məsələsidir".

Ərdoğan əlavə edib ki, Türkiyənin bu mövzuda qərarlılığını anlamayan Suriya hökuməti və onu cəsarətləndirən qüvvələrə İdlibi buraxmayacaqlar.

Xəbərlər departamenti

Gündəm