Ərdoğandan sərt reaksiya : “ABŞ-a icazə verməyəcəyik...”
09.02.2020 09:35 Xarici siyasət

Ərdoğandan sərt reaksiya : “ABŞ-a icazə verməyəcəyik...”

"MediaPost" xəbər verir ki, Türkiyə lideri "İsrail işğalına son qoyacaq təsirli bir strategiyaya doğru" mövzusunda təşkil olunan Qüds Parlamentlərarası Platformasının Üçüncü Konfransında ABŞ-a mesaj göndərib.

Ərdoğan mesajında bildirib ki, Türkiyə Qüdsün ilhaqına və fələstinli qardaşlarının çarəsiz vəziyyətinə susmayacaq.

"Dünya gündəminə "əsrin razılaşması" olaraq düşən və Qüdsü İsrailin paytaxtı elan edən qondarma plan bölgədə sülhü təhdid edən xəyaldan başqa bir şey deyil. Biz Fələstini bütünlüklə yox edən və Qüdsü işğal edən bu planı tanımırıq. ABŞ-ın xəyalını gerçəkləşdirməsinə icazə verməyəcəyik" - deyə prezident çıxışında qeyd edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm