Ərdoğanın bu çıxışından sonra deputatlar əlini masaya vurmağa başladı - VİDEO
14.02.2020 12:57 Dünya

Ərdoğanın bu çıxışından sonra deputatlar əlini masaya vurmağa başladı - VİDEO

“MediaPost”un xəbərinə görə, Ərdoğan Türkiyə-Pakistan dostluq münasibətlərindən danışarkən parlamentdəki şəxslər əllərini masalara vurmağa başlayıblar.

Sözügedən görüntülər Türkiyə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Türk mədəniyyətinə görə əlləri masaya vurmaq etiraz əlaməti sayılsa da, bunun Pakistan mədəniyyətinə görə alqışlamaq olduğu üzə çıxıb.

Xatırladaq ki, R.T.Ərdoğan Pakistanda işgüzar səfərdədir.

Xəbərlər departamenti

Gündəm