Ərdoğanın keçmiş çıxışı Türkiyədə yenidən gündəm oldu - VİDEO
29.01.2020 09:45 Xarici siyasət

Ərdoğanın keçmiş çıxışı Türkiyədə yenidən gündəm oldu - VİDEO

ABŞ prezidenti Donald Tramp İsrail və Fələstin məsələsi ilə bağlı dünya ölkələri tərəfindən birmənalı qarşılanmayacaq "əsrin razılaşması" planını dünyaya elan edib. Buna əsasən, ABŞ Qüdsü İsrail torpağı kimi tanıdığını rəsmən təsdiqləyib.

“MediaPost” xəbər verir ki, Fələstinin "Həmas" təşkilatı razılaşmanı axmaqlıq adlandırıb və mübarizələrini "sonuna kimi davam etdirəcəyini" açıqlayıb.

Trampın bu qərarından sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qüdslə bağlı çıxış etdiyi köhnə video sosial medianın Türkiyə seqmentində çox paylaşılanlar arasında yer alıb.

Qeyd edək ki, Türkiyə prezidenti 2017-ci ildə Beynəlxalq Qüds günü ilə bağlı tədbirdə çıxış edib. (video 6:30-7:40 dəqiqələri arasından götürülüb)

“MediaPost”


Həmçinin oxu: ABŞ-la İsrail arasındakı saziş Yaxın Şərqi daha da gərginləşdirdi

Xəbərlər departamenti

Gündəm