Ərdoğanın müşaviri qar uçqunu altında qalıb
05.02.2020 13:06 Dünya

Ərdoğanın müşaviri qar uçqunu altında qalıb

“Mediapost”un məlumatına görə, yayılan xəbərlərdə Türkiyə prezidentinin baş müşaviri Gülşən Orxanın da qar uçqunu altında qaldığı və yaralı olaraq xilas edildiyi bildirilib.

Türkiyə Daxili İşlər Nazirliyi axtarış-xilasetmə tədbirləri üçün əraziyə gələn Türkiyədə fövqəladə halların idarə olunması agentliyinin bölgə müdiri Osman Uçarın da uçqunun altında qaldığını açıqlayıb.

Ölkənin daxili İşlər naziri Süleyman Soylu uçqun nəticəsində 8 nəfərin həlak olduğunu söyləyib.

Baxçasaray bələdiyyəsinin sədri Məki Arvas isə ümumilikdə 25 nəfərin xilas edildiyini, hazırda 5 nəqliyyat vasitəsinin qarın altında olduğunu deyib.

Xatırladaq ki, ərazidə ötən gün axşam saatlarında qar uçqunu baş verib.


Xəbərlər departamenti

Gündəm