Ərdoğan Suriya ilə bağlı yekun qərarını açıqladı
12.02.2020 10:32 Xarici siyasət

Ərdoğan Suriya ilə bağlı yekun qərarını açıqladı

"MediaPost" xəbər verir ki, iclasda Suriyanın İdlib şəhərində gərginləşən vəziyyətlə bağlı yekunlar ictimaiyyətə açıqlanıb.

Ərdoğan bildirib ki, orada "günahsız yerə qanı axan" insanlara görə Türkiyə susmayacaq: “İdlibdə qan tökülür, insan haqlarından danışanlar isə yaranmış vəziyyətə susurlar. Hökumət qüvvələri və Rusiya ilə əlbir işləyənlər qan tökmək istəyirlər. Məqsəd isə ərazini boşaldıb, rahatlıqla istədiklərini etməkdir. İndiyədək razılıqlara riayət olunmadı və verilən sözlər əməl edilmədi. Biz də onların anladığı dildə danışacağıq”.

Türkiyə prezidenti açıqlamasında onu da qeyd edib ki, ay sonuna qədər Soçi razılaşmasına sadiq qalacaqlar:

“Amma elə bilməsinlər ki, belə də davam edəcək. Havada, quruda lazımi tədbirlər görəcəyik. İdlibdə hərbi qüvvələrimizi gücləndirdik. Onları hər yerdə vuracağıq. Bundan sonra qarşımızda duranlarla sonuna qədər mübarizə aparacağıq. Bizə etdiklərinin 10 qat əvəzini çıxacağıq. Onlar şəhidlərimizin bir damla qanına da dəyməz”.

Xəbərlər departamenti

Gündəm